Gürcüstanın Batumi şəhərində “İnternational Batumi Open” beynəlxalq karate turniri keçirilib. Yarışa 10 ölkədən 250-ə yaxın idmançı qatılıb.
Yarışa qatılan muxtar beş respublika karateçisi Azərbaycanı uğurla təmsil etməyə müvəffəq olub. İdmançılarımız 5-i qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla, ümumilikdə 12 medal qazanıblar.
Təmsilçilərimizdən ən yaxşı nəticə Nizami Orucova məxsusdur. O, 10-11 yaşlılarda 2 qızıl, 1 gümüş medal qazanıb. Qafar Hüseynov, Əli Bayramov, Xədicə Bayramova da qızıl medal sevinci yaşayıb, eləcə də digər idmançımız Nərgiz Həsənli ilə birgə birgə müxtəlif əyarlı medallar əldə ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti